“Azəriqaz” İstehsalat Birliyinin altı əməkdaşı koronavirusa yoluxub”.
Visiontv.az xəbər verir ki, bu barədə İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov "oxu.az"ın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, qurumun əməkdaşlarında koronavirusa yoluxma faktları ayrı-ayrı vaxtlarda qeydə alınıb:
“Altı nəfər əməkdaşımız bu virusa yoluxub. Üç nəfəri artıq sağalıb, evlərindədir. Hazırda üç nəfər isə xəstəxanada müalicəsini davam etdirir”.
C.Səfərov qeyd edib ki, koronavirusa yoluxanlar 50-65 yaş arası şəxslərdir.