Azərbaycanda bir evin iki gəlini yoxa çıxdı
06.03.2020

Cəlilabad rayonunun Təzəkənd kəndində bir ailənin iki gəlini yoxa çıxıb.

Visiontv.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onların ailə üzvləri polisə müraciət ediblər.

Gəlinlərin qayınatası və ərlərinin izahatı alınıb. Hazırda onların axtarışı davam etdirilir.

Məlumata görə, hadisə ailənin başına artıq ikinci dəfədir, gəlir. Belə ki, bir müddət öncə də gəlinlər ailəyə xəbər vermədən birlikdə Bakıya gəliblər. Bir neçə gün sonra ərləri tərəfindən tapılaraq evlərinə aparılıb.