Azərbaycanda 5G müəmması - Nazirlik yoxsa Azercell yalan danışır?
30.06.2020

Ötən ilin dekabrından etibarən dünya koronavirus adlı qlobal bəla ilə mübarizə aparır.

Visiontv.az xəbər verir ki, bu günə qədər 10 milyondan çox insan bu virusa yoluxub. Onlardan 500 mindən çoxu isə ölüb.

Virusun yayılma şəraiti və mənbəyi haqqında müxtəlif fərziyələr irəli sürülsə də, hələ dəqiqləşmiş bir məlumat yoxdur. Həmçinin bu virusun məqsədli şəkildə bioloji silah olaraq hansısa laboratoriyada hazırlandığı barədə iddialar da var.

Məsələ budur ki, bu virusun digər qrip növləri kimi olduğu, təkbaşına özünün güclü öldürücülüyə malik olmadığı bildirilir.

Son ayların iddialarından biri budur ki, bu virus 5G şəbəkəsinin yaydığı mikrodalğalar sayəsində insan orqanizmində böyük fəsadlara səbəb olur. Təkbaşına öldürücü olmayan virus mikrodalğaların insan orqanizmində yaratdığı fəsadlarla birləşdikdən sonra öldürücü gücə malik olur. Bu da xroniki xəstəliyi, immuniteti zəif olan insanlarda özünü daha çox göstərir.