Azərbaycanda 2927 kütləvi kitabxana, 239 muzey, 29 peşəkar teatr fəaliyyət göstərir
21.01.2021

Azərbaycanda kütləvi kitabxana, klub müəssisəsi, muzey, peşəkar teatr, mədəniyyət və istirahət parklarının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Visiontv.az-a verilən məlumata görə, hazırda ölkədə 32 milyon kitabxana fondu olan 2927 kütləvi kitabxana mövcuddur.

O cümlədən ölkədə 2244 klub müəssisəsi, 239 muzey, 29 peşəkar teatr və 349 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.