Azərbaycanda 11 yaşlı qız intihar etməyib - YENİLƏNİB - TƏFƏRRÜAT
05.03.2019

Zaqatalada 11 yaşlı qızın intihar etməsi ilə bağlı xəbər yayılıb.

12:25

Zaqatalada 11 yaşlı qızın intihar etməsi ilə bağlı xəbər yayılıb.

Visiontv.Az xəbər verir ki, hadisə barədə unikal.org-a açıqlama verən Danaçı kənd 1 nömrəli məktəbin direktoru Əsədəli Nəbiyev bildirib ki, 2008-ci il təvəllüdlü Gülnaz Şaban qızı Naqqayeva intihar etməyib:

"Mərhumun ailəsinin yaşadığı mənzil kürsülüdür. Uşaq oynayan vaxt evə bitişik yığılan taxtaların üzərində tullananda ayağı ilişib, paltar asmaq üçün olan kəndir boğazına keçib. Uşaq kəndirdən qurtula bilmədiyi üçün dünyasını dəyişib. Daha sonra prokurorluq əməkdaşları da hadisə yerinə gəliblər. Aydın olub ki, bu intihar deyil. Naqqayev ailəsinin 4 övldaından biri olan Gülnaz Danaçı kənd 1 nömrəli orta məktəbin 4-cü sinif şagirdi olub".

---------
11:12

Zaqatala rayonunda intihar hadisəsi baş verib.

Visiontv.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Danaçı kəndində olub.

Kənd sakini, 2008-ci il təvəllüdlü Gülnaz Naqqayeva intihar edib. 

Hadisənin dəqiq səbəbləri məlum deyil. Məlumata görə, onun meyiti yaşadığı evdə aşkar edilib. 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma başlanılıb.