Azərbaycana yanvar-avqustda 4 mln. dollarlıq dezinfeksiyaedici vasitələr idxal edilib
22.10.2020

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 4,05 mln. ABŞ dolları dəyərində 1 264,4 ton dezinfeksiyaedici vasitələr idxal edilib.

Visiontv.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkəyə ən çox dezinfeksiyaedici vasitələr Türkiyə, Böyük Britaniyada və Almaniyadan idxal olunub.

Hesabat dövründə, Türkiyədən ölkəyə 1,65 mln. dollar dəyərində 568,58 ton, Böyük Britaniyadan 1,08 mln. dollar dəyərində 320,58 ton, Almaniyadan isə 374,95 min dollar dəyərində 100,66 ton dezinfeksiyaedici vasitələr idxal edilib.