Azərbaycan yığması Avropa çempionatında Ermənistanla oyun üçün heyətini açıqlayıb
01.11.2019

Gürcüstanın Batumi şəhərində komandalararası Avropa çempionatı davam edir.

Visiontv.az-ın məlumatına görə, Azərbaycanın kişi və qadınlardan ibarət milli komandalarının VIII tur üçün heyətləri açıqlanıb. 

Kişi zəka sahiblərinin mübarizəsində Ermənistanla oynayacaq yığmanın heyətində Şəhriyar Məmmədyarov yenə birinci lövhədə yer alacaq. O, rəqibin lideri Levon Aronyanla qarşılaşacaq. Digər lövhələrdə Arkadi Naydiç, Qədir Hüseynov və Eltac Səfərli çıxış edəcəklər.

Qadınlardan ibarət milli isə Fransanı sınağa çəkəcək. 

Qeyd edək ki, 9 turdan ibarət olacaq yarış noyabrın 2-də bitəcək.

APA