Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 99 ev alıb
14.02.2020

Bu ilin yanvar ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 99 (ötən ilin müvafiq ayında 95) daşınmaz əmlak alıblar.

Visiontv.az-ın Türkiyə Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, bununla da Azərbaycan Türkiyədə ev alan xaricilərin sıralanmasında 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Türkiyədə ev alan xarici ölkə vətəndaşlarının ilk üçlüyündə İraq (739), İran (678) və Rusiya (254) sıralanıb. Ümumilikdə, xaricilər Türkiyədə bu ilin yanvar ayı ərzində 3 945 ev alışı həyata keçirib.

 

Xatırladaq ki, azərbaycanlılar ötən il Türkiyədə 1 191 ev alıblar ki, bu da 2018-ci il ilə müqayisədə 59 ədəd və ya 4,7% azdır.