Azərbaycan və Türkiyə XİN rəhbərləri ikitərəfli və regional əməkdaşlığı müzakirə ediblər
29.11.2022

Azərbaycan və Türkiyə XİN rəhbərləri ikitərəfli və regional əməkdaşlığı müzakirə ediblər.

Visiontv.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Nazirlər Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, çoxtərəfli platformalar çərçivəsində tədbirlər üzrə ölkələrimiz arasında əlaqələndirmə məsələləri müzakirə olunub.