Azərbaycan və Türkiyə gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib
18.08.2022

Avqustun 18-də Azərbaycan və Türkiyə gömrük xidmətlərinin nümayəndə heyətləri arasında ikitərəfli formatda görüş keçirilib.

Tədbir Türkiyə Respublikasının Hökuməti, Azərbaycan Respublikasının Hökuməti və Gürcüstan Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası çərçivəsində baş tutub. 

Görüşdə iki qardaş ölkə arasında bütün sahələrdə, o cümlədən gömrük işinin təşkili istiqamətində səmərəli və işgüzar münasibətlərin qurulduğu qeyd olunub, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin gücləndirilməsi barədə müzakirələr aparılıb. Eyni zamanda, imzalanacaq sazişin beynəlxalq tranzitin daha sürətli və səmərəli şəkildə həyata keçirilməsinə, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına şərait yaradacağı vurğulanıb.

O da qeyd olunub ki, sazişdən irəli gələn məsələlərin həll edilməsi ilə bağlı səylər gücləndirilməli, qısa zaman kəsiyində qarşıya qoyulan məsələlərin icrasına başlanmalıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

visiontv.az