Azərbaycan və Rusiyanın XİN başçıları arasında telefon danışığı olub
23.05.2020

Azərbaycanın Xarici İşlər Nazirliyinin başçısı Elmar Məmmədyarovla Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Visiontv.az-ın məlumatına görə, nazirlər koronavirusla mübarizə üzrə ikitərəfli qarşılıqlı əlaqə, həmçinin MDB çərçivəsində cari əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 12 may 2020-ci il tarixli iclasının hazırlanması zamanı tərəflər gündəlikdəki bir sıra aktual məsələləri müzakirə ediblər”, - məlumatda belə deyilir.

Məlumata görə, “Ümumdünya Səhiyyə Assambleyasının 73-cü sessiyasının nəticələri fonunda koronavirus infeksiyası ilə mübarizədə qarşıdakı mövcud vəzifələr barədə də fikir mübadiləsi aparılıb”.