Azərbaycan və Rusiya XİN-ləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb
11.05.2021

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb. Visiontv.az-ın xəbərinə görə, bu barədə Azərbaycan XİN məlumat yayıb. Sənəd Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov tərəfindən imzalanıb.