Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş tarixi açıqlandı
11.04.2019

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zohrab Mnatsakanyanın görüşü aprelin 15-də Moskvada baş tutacaq.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zohrab Mnatsakanyanın görüşü aprelin 15-də Moskvada baş tutacaq.

 Erməni KİV-lərinə istinadən qeyd edək ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib.

O əlavə edib ki, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupu həmsədr ölkəsinin XİN rəhbəri qismində iştirak edəcək.

xezerxeber.az