4.06.2020
Axtar
Ölkə
alt

Azərbaycan və Ermənistan XİN başçılarının yeni görüşü gözlənilir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşiklə videokonfrans formatında görüş keçirib.

Visiontv.az xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hazırki vəziyyət və yaxın aylarda, postpandemiya dövründə atılacaq addımlar müzakirə olunub, xəbəri XİN-in mətbuat xidməti yayıb.

Tərəflər pandemiyadan sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyi tarixi və yeri dəqiqləşdirmək barədə razılıq əldə ediblər.

Şərh