Azərbaycan-Turkiyə iqtisadi əlaqələr: Strateji mütəffiqlik üçün vacib şərtlərdəndir
Azərbaycan-Turkiyə iqtisadi əlaqələr: Strateji mütəffiqlik üçün vacib şərtlərdəndir
27.07.2022 Vüqar Bayramov Tərəfindən

Son illər Azərbaycan və Türkiyə arasında imzalanmış anlaşmalar, o cümlədən iki qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi, preferensial ticarət rejimi ölkələrin qarşılıqlı iqtisadi və ticari əlaqələrini genişləndirib.

Bu ilk 5 ayının yekunlarına əsasən, Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində 11.9 faizlik payla ikinci yerdədir. İlk sırada enerji məhsulları ixrac etdiyimiz İtaliyadır (37.4 %).

Mühim məqamlardan biri qeyri-neft ixracatımızda Türkiyənin ilk sırada olmasıdır. Belə ki, ötən il daxil olmaqla əvvəlki dövrlərdə Rusiya neftdən kənar ixracatımızda birinci olsa da artıq Türkiyə öndədir. Belə ki, ötən ilin yekunlarında qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiya 32,3, Türkiyə isə 24,9 faiz paya malik idi. Artıq Türkiyənin payı 32,8 faizə yüksəlib, Rusiya isə 22.2 faizə sahibdir. Bu isə o deməkdir ki, Azərbaycana neftdən kənar ixracatdan daxil olan hər 100 dolların 32 dollarından çoxu Türkiyənin payına düşür.

İki qardaş ölkə arasında ümumi ticarət dövriyyəsinin 2023-ci ilin sonunda 15 milyard dollara çatdırılması hədəflənir. İqtisadi əlaqələrin inkişafı strateji mütəffiqlik üçün vacib şərtlərdəndir. Nəticələr ümidvericidir.

Millət vəkili Vüqar Bayramov

Visiontv.az