Azərbaycan Türkiyə ilə hərbi müttəfiqliyi inkişaf etdirməlidir
Azərbaycan Türkiyə ilə hərbi müttəfiqliyi inkişaf etdirməlidir
11.01.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya MDB məkanında təsir dairəsini genişləndirmək planını reallaşdırmağa çalışır. Rusiyanın  ABŞ və NATO verdiyi bir neçə bəndən ibarət nota məhz bu regionda Vaşinqtonun  siyasi-hərbi fəaliyyətinə son qoymasını, bu regionu Rusiyanin təsir dairəsi kimi tanınmasını tələb edir. Təbii ki, bu Azərbaycan daxil olmaqla MDB ölkələrini, Ukrayna və  Gürcüstanın müstəqilliyini təhdid edir. 

2022 -ci il Cənubi Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya regionları üçün siyasi nizamın formalaşması istiqamətində həll edici mərhələ olacaq. Rusiya Mərkəzi Asiyada Qazaxıstan vasitəsilə bu regionda ABŞ-ın  fəaliyyətinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər almağa çalışacaq. Özbəkistan və Türkmənistana təzyiqlər edəcək.

Rusiyanın Cənubi Qafqaz ölkələrinə qarşı siysətinə  gəldikdə isə, Azərbaycanı KTMT üzv olmağa dəvət edəcək. Həmçinin Ermənistanda Qarabağ klanını aktivləşdirməyə çalışacaq. Əgər, Ermənistan Bas naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla sülh müqaviləsi bağlayarsa, region Rusiya təhlükəsindən azad ola bilər. Amma, Ermənistan rəhbərliyinin hazırkı şübhəli davranışları N. Paşinyanın öz hakimiyyətinin itirilməsinə gətirib çıxara bilər.

Çünki, Ermənistan rəhbərliyinin KTMT aktiv rolu, Azərbaycana qarşı növbəti təxribat xarakterli çıxışları Moskvanın əlini gücləndirir. Bu da Ermənistanin əleyhinə yönəlmiş olacaq.

Rusiya son Qazaxıstan olaylarından sonra geniş "iştaha" malik olub. Moskvanın bu təhdidlərinə qarşı  Azərbaycan bu il ərzində hərbi doktirinasında dəyişiklik edib, Türkiyə hərbi bazasinı ölkəmizdə açılmasına getməlidir. Gözləməməliyik ki, Rusiya təhlükəsi qapımızda olsun və Qarabağda separtizmi alovlandırsın.

Qeyd edim ki, Rusiya dumasında qUkraynanın  iki separatçı bölgəsinin müstəqil dövlət kimi taninmasi üçün qətnamə hazırlanır. Göründüyü kimi Rusiya açıq hücum taktikasına keçib. Sabah Qarabağda etnik ermənilərin yaşadığı kiçik bir ərazidə belə bir qətnamə layihəsinin müzakirəsinə də gedə bilər. 

Ona görə də Türkiyə ilə hərbi müttəfiqliyi inkişaf etdirməli,  Türkiyə hərbi bazasının ölkəmizdə olması,  Rusiyanın ölkəmizə qarşı siysətində təzyiq siyasəti neytrallaşar. Qeyd edim ki, prezident İlham Əliyevin hazırkı siyasəti ölkənin Rusiyanin orbitində olmasını istisna edir. Bu istiqamətdə dövlət başçısının siyasəti ölkənin müstəqilliyinin gücləndirilməsi və Türkiyə ilə hərtərəfli əməkdaşlıq müstəvisində aparması ən düzgün strateji xəttdir. 

Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini, politoloq
Visiontv.az