Azərbaycan son dərəcə sərt şəkildə rəsmi Tehranı divara dirəyir
Azərbaycan son dərəcə sərt şəkildə rəsmi Tehranı divara dirəyir
17.10.2021 Elbəyi Həsənli Tərəfindən

Maraqlıdır. Öncə İran Azərbaycanın üzərinə yeridi. Dövlətimizə qarşı ittihamlar yağdırdı. Sərhədimizdə keçirilən hərbi təlimlərlə bizə hərbə-zorba gəldi. Azərbaycan tərəfi İranın bu kimi hücumlarını dəf etdi və tədricən İrana yönələn ittihamları sərtləşdirdi. Ən sonda isə İlham Əliyev İranı Ermənistanla birlikdə işğal altında olmuş Cəbrayıl rayonu üzərindən Avropaya narkotik mal satışında ittiham etdi...

Ortada belə bir mənzərə var: İran Azərbaycana yönələn ittihamların azaldır, daha çox Azərbaycandan gələn ittihamlara cavab verməyə üstünlük verir. Azərbaycan isə geri çəkilən İranın üzərinə gedir. Son dərəcə sərt şəkildə rəsmi Tehranı divara dirəyir...

İran mətbuatına baxıram. Deyirlər ki, İranın Avropaya narkotik satışı ilə məşğul olması iddiası İsrail tərəfindən Azərbaycana ötürülüb. Ümumiyyətlə, İran təbliğatının əsas arqumenti budur ki, İran ilə Azərbaycan qardaşdır. Ancaq İsrail bu qardaşların arasına girərək, onları düşmən edib...

İlham Əliyevin narkotiklə bağlı ittihamına cavab olaraq İran tərəfi bəyan edir ki, bu, yalan söhbətdir. Əksinə, Azərbaycan narko-ticarətlə məşğul olur. və. s.

Bəllidir ki, narkotik maddələrin ticarəti dünyada ən gəlirli sahə sayılır. Ona görə də bu sahəyə maraq göstərənlər çox olur. Məsələn, bəllidir ki, ABŞ 2001-ci ildə Əfqanıstana daxil olduqdan sonra bu ölkədə opium (tiryək) tədarükü kəskin şəkildə artdı. Çünki amerikalı generallar bu sahəni həmən nəzarətə götürdülər və milyardlar qazandılar. “Taliban” və “Əl-Qaidə” də Əfqanıstanda bu sahədə ciddi uğurlar əldə edib.

Qərb mətbuatı yazır ki, İran da narkotik alverindən milyardlar qazanır. Məhz həmin milyardların hesabına müxtəlif ölkələrdə bəslədiyi şiə terrorçu qrupları maliyyələşdirir...

Siyasi şərhçi Elbəyi Həsənli

visiontv.az