Azərbaycan separatizmi təbliğ etdiyinə görə “France 24” TV kanalını məhkəməyə verməlidir
Azərbaycan separatizmi təbliğ etdiyinə görə “France 24” TV kanalını məhkəməyə verməlidir
09.12.2022 Elbəyi Həsənli Tərəfindən

Arayik Arutyunyan Fransa dövlətinə aid "France 24" kanalında qondarma "Artsax" rejiminin prezidenti kimi çıxış edib. Fransız, ingilis, ərəb və ispan dillərində efirə çıxan “France 24” haqqında bir-iki kəlmə deyim. Fransa hökuməti bu kanala 100 milyon avro maddi dəstək verib.

Fransanın imperialist maraqlarının həyata keçməsi üçün media müstəvisində fəaliyyət göstərir.

2006-cı ilin dekabrından yayıma başlayan “France 24” aparıcı ingilisdilli beynəlxalq xəbər kanalları “BBC World News”, “CNN International”, Almaniyanın “Deutsche Welle”, Qətərin “Al Jazeera English” və Yaponiyanın “NHK World” xəbər kanalları ilə rəqabət aparır. Kompaniyada 700 nəfər çalışır, onlardan 260 nəfəri jurnalistdir.

Maraqlıdır ki, bu kanal Türkiyə və Qazaxıstanda da yayımlanır...

“France 24” 2016-cı ilin noyabrın 5-də “Basque separatist group leader arrested in France” (Fransada basq separatçı qrupunun lideri həbs edilib) başlığı ilə xəbər yayıb. Basqların sayı 3.2 milyon nəfərdir. Dağlıq Qarabağda yaşayan ermənilərin sayı heç 30-40 min nəfər deyil. Deməli, Fransa baskların liderin həbs edir, çünki basklar İspaniya ilə yanaşı Fransaya da təhlükədir. Ümumiyyətlə, bu kanal yarandığı gündən indiyə kimi separatçılar haqqında xoş bir söz deməyib. Amma hansısa erməni separatçısını göylərə qaldırır. Fransa parlamentinin aşağı və yuxarı palatasında onunla görüş keçirilir. Dövlət TV-si onu gündəmə gətirir...

Azərbaycan beynəlxalq hüququ mükəmməl bilən vəkillərin köməyi ilə Fransaya qarşı dava açmalıdır. Yəni boş, mənasız bəyanatlar heç bir effekt vermir, vermiyəcək də.

Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətlərinə qarşı oqtosadi təzyiqləri gücləndirmək gərəkir. Azərbaycanın Fransadan asılı edə biləcək elə bir amil yoxdur.

Separatizmə dəstək verdiyinə görə Fransanın mühakimə olunması son dərəcə real məsələdir. Bir daha xatırladıram, Avropada 260-a yaxın separatçı hərəkat var. Fransanın özündə isə 12 belə hərəkat fəaliyyət göstərir...

Elbəyi Həsənli

visiontv.az