Azərbaycan səfiri Ermənistanın Cenevrədə təqdim etdiyi hesabatla bağlı bəyanat verib
28.01.2020

Azərbaycan Respublikasının Cenevrədəki BMT Ofisində və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi səfir Vaqif Sadiqov Ermənistan UPR-in (Ümumdünya Dövri İcmal) İşçi Qrupunun 35-ci sessiyasında bəyanat verib.

Qeyd edək ki, İşçi Qrupunun 35-ci sessiyası 20-31 yanvar 2020-ci il tarixlərində Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Ofisi Palais des Nations-də keçirilir.

Visiontv.az-ın məlumatına görə, Səfir Ermənistanın milli hesabatında Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağa istinadı qətiyyətlə rədd edərək BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın qətnamələrinə müvafiq olaraq məruzədə Dağlıq Qarabağın Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi kimi təfsir edilməli olduğunu bildirib.

Bəyanatda, həmçinin Ermənistan tərəfindən həyata keçirilən etnik təmizlənmənin qarşısını alaraq 350,000 azərbaycanlının öz torpaqlarına qayıtmalarını və hüquqlarının pozulmasına görə kompensasiya verilməsini təmin etmək;

Ermənistanda bütün səviyyələrdə Azərbaycana qarşı etnik və irqi dözümsüzlük, eləcə də nifrətin aradan qaldırılması;

Nasistlərlə əməkdaşlıq edənlərin, mühakimə olunmuş beynəlxalq terrorçuların və Ermənistandakı hərbi cinayətkarların, insanlığa qarşı yeni cinayətlər törətdiyi üşün məsuliyyət daşıyanların təbliğatının qarşısını almaq;

Erçənistandan çıxarılmış etnik azərbaycanlıların mülkiyyət hüququ, hərəkət azadlığı və digər insan hüquqlarının pozulmasını dayandırmaq;

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma separatçı rejimi təşviq edən UPR daxil olmaqla, BMT mexanizmlərindən sui-istifadəni dayandırmaq kimi müddəalar yer alır.

Eurasia Diary