22.07.2019
Axtar
Gündəlik
alt

Azərbaycan-Rusiya sənaye əməkdaşlığı forumu keçirilir

 Visiontv.az “Report”-a  istinadən xəbər verir ki, tədbir Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin, Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun iştirakı ilə baş tutub.

 

Ş.Mustafayev bildirib ki, hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, İKT, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə 700-ə yaxın Rusiya kapitallı müəssisə fəaliyyət göstərir.

“Bu günə qədər Rusiya Azərbaycan iqtisadiyyatına 4,4 mlrd. dollar investisiya qoyub. Azərbaycan Rusiyanın yatırdığı investisiyaların məbləği 1,2 mlrd. dollardan çoxdur. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri təxminən 20% artaraq 2,55 mlrd. dollar təşkil edib. Bu ilin ilk 2 ayı üzrə artım isə 4%-dir və 340 mln. dollarlıq ticarət olub".

Qeyd edək ki, forum çərçivəsində "Rosselmaş' kombayn zavodu ilə “Sumqayıt Texnologiyalar Parkı” MMC arasında əməkdaşlıq və münasibətlərin təşkili sazişi, Rusiyanın "AzOkso" və Azərbaycanın "Servicelnest" şirkətləri arasında hasarlara sistemlərinin qurulmasına dair Anlaşma Memorandumu, eləcə də "AzOkso" ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi arasında əməkdaşlığa dair saziş imzalanıb. Eyni zamanda vurğulayaq ki, bir - biri ilə əməkdaşlıq  münasibətləri yaradan şirkətlərin sırasında hal- hazırda dünyada ən rentabelli sektor olan  İK sektorundan da tanınnmış şirkətlər iştirak edirdi. Bunların sırasında yerli şirkətlərdən olan TimeSoft MMC şirkəti də var idi. Qeyd edək ki, adıçəkilən şirkət КОД БЕЗОПАСНОСТИ şirkəti ilə  memerandium imzalayıb və iki digər rus şirkəti ilə  fəaliyyətini birgə davam etdirmək üçün razılıq əldə edib.

Şərh yazın