Azərbaycan Reqbi Federasiyası Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib
02.05.2021

Azərbaycan Reqbi Federasiyasının rəhbərliyi gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

Bu barədə Visiontv.az-a Federasiyadan məlumat verilib.

"Azad Rəhimov gənclər və idman naziri kimi çalışdığı müddət ərzində daim işgüzarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona idmançıların və əməkdaşların arasında böyük hörmət qazandırmışdır.  O, hər zaman gənclərə göstərdiyi diqqət və qayğı ilə seçilərdi. Hər bir idmançının qəlbində xoş təəssüratlar yaratmağı bacaran şəxsiyyətlərdən biri idi. Azad Rəhimovun səmərəli fəaliyyəti dövlət başçımız cənab İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdir. Azad Rəhimov  ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı və səmimi insan kimi hər birimizin xatirsəində yaşayacaqdır.

Azərbaycan Reqbi Federasiyasının rəhbərliyi Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Azad Rəhimovun vəfatı xəbərini kədər hissi ilə qarşılayır, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!" 

Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.

YazTV