20.08.2019
Axtar
Gündəlik
alt

Azərbaycan Prezidenti Pekində "CETC International" Korporasiyasının baş direktoru ilə görüşüb

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində "CETC" Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb. 

Visiontv.az  dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Vu Mançin "CETC" Korporasiyasının Çinin radioelektronika sahəsində ixtisaslı şirkətlərindən olduğunu deyərək, bu sahədə uzun illərdir uğurla fəaliyyət göstərdiklərini bildirib. O, bu sahədə Azərbaycan ilə əməkdaşlıq qurduqlarını və bundan məmnun qaldıqlarını vurğuladı, əlaqələrin inkişaf etdiyini bildirib.

Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud olduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır. Dövlətimizin başçısı artıq Çinin bir çox şirkətlərinin timsalında yaxşı tərəfdaşlığın yarandığını deyib və Azərbaycanda xarici şirkətlər üçün geniş fəaliyyət sahəsinin olduğunu qeyd edib.



 

Şərh yazın