Azərbaycan Prezidenti: "Neft qiymətlərinin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir"
28.01.2020

"Proqnoz vermək çətindir. Düşünürəm ki, qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir".

Visiontv.az-ın verdiyi xəbərə görə, məlumatına görə, bunu "Rossiya 24" telekanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev bu il neftin qiymətinin dinamikası ilə bağlı suala cavabında deyib.

Azərbaycana gəldikdə, dövlət başçısı bildirib ki, bu il bizim büdcəmizdə neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub.

"Lakin indi qiymət xeyli yüksəkdir. Buna görə də düşünürəm ki, əgər hər hansı forsmajor vəziyyət yaranmasa, qiymət 55-65 dollar diapazonunda qalacaq. Üstəlik, “OPEC+” formatı çox səmərəlidir və Azərbaycan bu formatın işində fəal iştirak edir. Biz öz üzərimizə götürdüyümüz öhdəliklərlə əlaqədar hasilatı azaldırıq və mahiyyət etibarilə bu gün OPEC-ə daxil olmayan ölkələr də özlərini OPEC üzvləri kimi aparırlar. Buna görə də “OPEC+” çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatıdır və bizim fikrimizcə, mahiyyət etibarilə, bu gün neftin qiymətinin ədalətli olduğunu müəyyənləşdirib", - deyə Prezident vurğulayıb.

APA