Azərbaycan Prezidenti: Laçın yolunun bağlı olması ilə əlaqədar Ermənistanın iddiaları yalandır
25.03.2023

Azərbaycan Prezidenti İlham Əliyev Aİ Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə də toxunub.

Visiontv.az Apa - ya əsasən xəbər verir ki, Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır.

Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər.