Azərbaycan peyki vasitəsilə Afrika ölkələrində HD yayımı təşkil olunacaq
25.02.2021

Dünyanın bir çox televiziya və radio kanalları platformasında qlobal yayım xidmətləri göstərən “View Satellite Network” şirkəti “Azərkosmos” ASC ilə əməkdaşlıq müqaviləsi imzalayıb. ASC-dən  verilən məlumata görə, müqaviləyə əsasən “View Satellite Network” Afrikadakı müştərilərinə “Azerspace-2” peykinin resursları vasitəsilə HD standartında rəqəmsal yayım təqdim edəcək.

Qeyd edək ki, şirkət hazırda Qərbi Afrikada 20-dən çox televiziya və radio kanalı yayımlayır və yüksək keyfiyyətli infrastrukturu ilə video məzmunun kanallara asanlıqla paylanmasını təmin edir.