Azərbaycan pandemiya dönəmində köməksiz qalan yox, köməksizlərə kömək edənlər sırasında oldu
Azərbaycan pandemiya dönəmində köməksiz qalan yox, köməksizlərə kömək edənlər sırasında oldu
01.06.2021 Sahib Alıyev Tərəfindən

Prezident İlham Əliyevin dünən Dünya Səhiyyə Assambleyasının 74-cü sessiyasındakı çıxışından gəldiyim nəticə budur ki, ən qabaqcıl səhiyyə sistemi qurmuş, iqdisadi və texnoloyi baxımdan qüdrətli dövlətlər Azərbaycan qədər məsuliyyətli davransaydılar, xudbinlik etməsyədilər, "vaksin millətçiliyi"nə yol verməsəydilər onda COVID-19 koronavirusuyla mübarizənin effekti indikindən qat-qat təsirli olardı və bəlkə də pandemiya artıq aradan qalxmışdı. Ancaq cənab Prezidentin də çıxışından göründüyü kimi çox təəssüf ki, bu, belə deyil.

Cənab Prezidentin də vurğuladığı kimi  bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizini zəngin ölkələr aldığı halda onun yalnız 0.3 faizi azgəlirlilərin payına düşür.

Xatırladaq ki, bu problemin aradan qaldırılması üçün  dövlət başçımızın təşəbbüsüylə Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təminiylə bağlı qətnamə qəbul edilmişdi. Ancaq böyük dövlətlərin maraqlarına cavab verməyən əksər qətnamalər kimi orada səslənən çağırış da təəssüf ki, hələlik çağırış olaraq qalmaqdadır.

Və belədə şükür etməyə bilmirsən ki, nə yaxşı Azərbaycan pandemiya dönəmində köməksiz qalan yox, köməksizlərə kömək edənlər sırasında, özü də imkan baxımından götürdükdə  bəlkə də ən başda yer aldı. Və koronavirusla mübarizədə  effektli addımlar atmağı bacaran dövlətlərdən biri də heç şübhəsiz ki, bizimkidir.

Belə çətin sınaqla üzləşdiyimiz vaxtda  işğal altındakı torpaqlarımızı azad etməyimiz isə tarixdə həddən artıq az rast gəlinən bir möcüzədir. Azərbaycan xalqının vətən sevgisinə, fədakarlığına, toparlanaraq  "Dəmir yumruq" olmasına, Ali Baş Komandanımızın qətiyyətinə, sərkərdəlik və diplomatik bacarığına, ordumuzun mətanətinə, yüksək  peşəkarlığına dayanan bir möcüzədir.

Millət vəkili Sahib Alıyev

Visiontv.az