Azərbaycan orudusu Qarabağda tam demilitarizasiya həyata keçirməlidir
Azərbaycan orudusu Qarabağda tam demilitarizasiya həyata keçirməlidir
04.08.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Azərbaycan ordusunun qanunsuz silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatı bir daha göstərdi ki, Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazi yoxdur. Azərbaycan orudusu təhlükəsizliyi təmin etmək və Qarabağda demilitarizasiya həyata keçirməlidir.

Rusiya sülhməramlı qüvvələri, yalnız mülki insanların təhlükəsizliyini təmin etməlidir. Ümumiyyətlə, Qarabağda keçirilən əməliyyata "Qisas" kod adı olsa da, ümumilikdə bu demilitarizasiya əməliyyatı olmalıdır. Azərbaycan ərazisində silahlı erməni birləşmələri qalmamalıdır.

Ermənistan baş naziri Nikol Paşinyan məzuniyyətə çıxıb. Görünür, Ermənistan tərəfi prosesləri izləyir və qarışmır. Əgər, qarışarsa, Azərbaycan Ermənistana qarşı denafikasiya əməliyyatı keçirməsi hüququdur. Ermənistan proseslərə qarışmırsa, N. Paşinyan məzuniyyətə çıxıbsa, demək Yerevan növbəti mərhələdə sülh müqaviləsində maraqlıdır və separatçıların sonunu istəyir.

Rusiya Azərbaycanla münasibətləri pozmamaq üçün prosesi izləyir. Bundan əlavə, Rusiya ilə imzalanan Moskva Bəyannaməsi var. Rusiya tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Təssüf ki, Rusiya tərəfi iyun ayında Rusiya XİN rəhbəri Sergey Lavrovun ölkəmizə səfəri fonunda "İnformasiya təhlükəsizliyi" barədə müqavilə imzalandı. Rusiya mətbuatı bu müqaviləyə əməl etmir. Ölkəmizə qarşı informasiya savaşı aparır.

Pezident İlham Əliyev Qarabağda demilitarizasiya əməliyyatını uğurla həyata keçirəcək. Zəngəzur dəhlizinin açılmasını da reallaşdıracaq.

Məhəmməd Əsədullazadə

Siyasi ekspert

visiontv.az