Azərbaycan Ordusunun təlimləri zamanı döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib - FOTO
12.03.2019

Azərbaycan Ordusunun təlimləri zamanı döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib -- FOTO

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərində iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.

Müdafiə Nazirliyindən Visiontv.Az-a verilən məlumata görə, döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromları və meydançalarına çıxarılıb.

Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.

Məqaləyə dair fotomateriallar: