Azərbaycan operasında leytmotiv və leytmotiv sisteminin ümumi xarakteristikası
Vision Tv- yenidnə müsiqi sevən oxucularına Azərbaycan Milli Konservatoriyasının dissertantı Leyla Cümayevanın yeni "Azərbaycan operasında leytmotiv və leytmotiv sisteminin ümumi xarakteristikası" adlı məqaləsini təqdim edir
Açar sözlər: Azərbaycan bəstəkarları, leytmotiv, leytmotiv sistemi, opera, mövzu, leytmotivin növləri, musiqi dramaturgiyası, leytlad.
Azərbaycan bəstəkarlarının opera yaradıcılığında leytmotiv və leytmotiv sisteminə baxmazdan öncə verilmiş termininin müxtəlif tədqiqat işlərində hansı prinsipə əsasən istifadə olunmasına nəzər yetirib dəqiqləşdirmək tələb olunur .
Leytimotiv termini özü alman dilindən tərcümədə “aparıcı mövzu, əsas motiv” deməkdir. Termin ilk dəfə 1871-ci ildə F.V.Yenin Veberin opera yanaşmalarında istifadə olunumuşdur.[1]
1. Geniş inkişafını X.fon Volçagenin Vaqner yaradıcılığına aid istifadə etdiyi bütün işlərində tapmışdır.
2.Verilmiş termin incəsənətin bir çox növlərində geniş şəkildə istifadə olunmuşdur. Buna misal olaraq, onun tez-tez müəyyən semantik bölünməz növündən, həmçinin davamlı, mütəmadi, yaradıcı hissənin təkrarında (personaj, vəziyyət, ideyalar) istifadə olunur.
Musiqişünaslıqda leytmotivin izahı musiqi dövriyyəsinin, qısa və ya geniş musiqi frazasının, bəzən bütöv tamamlanmış mövzunun şərhi kimi verilir, hansı ki bu və ya digər surətin ideyasını, narahatçılığı səciyyələndirir...
Adətən leytmotivin müəyyən ritmik formulası, özünəməxsus harmonizasiyası, bəzən də xarakterik tembri olur.
3. Bu baxımdan leytmotivin növbəti xarakteristikasını - ideya, obraz, hiss, predmet və s. səviyyəsində mənanı konkretləşdirən bir vasitə kimi vermək olar.
Biz musiqişünaslıqda qəbul olunan “mövzu” terminini verilmiş əsərdə əsas musiqi fikrini melodik münasibətlərdə aydın, bitkin şəklə salan musiqi materialına malik olan obrazlı-mənanı kəsb edən məna kimi istifadə edirik.
4 Belə olan halda mövzu bir ideya, mahiyyət kimi (Qansa Eyslerin təyin etdiyi “atom-motiv”), rəssamın yaradıcılıq irsinə əsaslanan və ya bütün yaradıcılığı əsasında duran bütöv sistem kimi başa düşülür.
Onu da vurğulamaq lazımdır ki, leytmotivin opera janrında formalaşması K.Montoverdi operalarının inkişafı ilə paralel olaraq, V.A.Motsartın sonrakı operalarında, 1789-cu ildə Fransız inqılabının bəstəkarlarının Qretsi, Lesyuera, Keburini və s. nin yaradıcılığından başlamışdır.
Amma leytmotivin əsl inkişaf tarixi romantiklərin Teodor Amadey Hofmanın, Anton fon Veberin, Marşnera, Jorj Bize, Pyotr İliç Çaykovski və başqalarının əsasən də, Rixard Vaqnerin yaradıcılığından başlamışdır.
«Leytmotiv sistemi» termininə gəldikdə isə, konkret olaraq ilk dəfə incəsənətdə dəqiq şəkildə kimin tərəfindən və hansı şəkildə istifadə olunduğunu dəqiqləşdirmək çox çətindir.
XX əsrin 30-cu illərində R.Vaqner yaradıcılığını təhlil edən E.B.Motrosovun fikirlərinə görə, mövcud termin sistemin problemlərindən yaranan maraqdan doğan, K.Qedelyanın işlərində mövcud olan bir neçə leytmotivin bütöv leytmotiv kimi birləşməsində aşkar olunmuşdur.
5 Bu mənada leytmotiv kompleksi (sistemi) ayrı-ayrı leytmotiv elementlərinin öz aralarında struktur və funksional birləşməsindən yaranıb.
Belə halda, leytmotiv sistemi dar mənada leytmotiv qrupu ilə, birbaşa və ya dolayısı ilə bir qəhrəmanın ( Məsələn: F.Əmirovun “Sevil” operasında Sevilin üç əzab leytmotivi), geniş mənada isə bir operanın bütün leytmotivləri ( yalnız bir leytmotivi olan opera istisna olmaqla) xarakterizə olunur.
Operada leytmotivin, leytmotiv sisteminin istifadə olunması opera əsərlərinin dramaturji inkişafına təsir göstərir. Buna zidd olaraq, nömrəli teatr səhnələrində hərtərəfli inkişafını tapmışdır.
Səhnə əsərlərində pərdənin diskritliyi və sabitliyi ona gətirib çıxarır ki, dramın intriqasının xarici inkişafı öz-özünə mətnaltı ideyalar, hislər, fikirlərin müstəqil səhnə həyatını formalaşdırır, belə ki, hərdən görünən hərəkətlər daxili münasibətlərə nəzərən ikinci dərəcəli yer tutur.
Leytmotivin növləri: Leytmotivin tipologiyasını qeyd edərkən leytimotivin bütün mümkün məzmunlu variantlarını müəyyənləşdirməyin olduqca çətin olduğunu vurğulamaq lazımdır. Bununla belə obraz-məzmun əhəmiyyətinə malik olan leytmotivlərin bir neçəsini qeyd etmək lazımdır: mövcud obrazların leytmotiv xarakteristikası (Məsələn: eyni adlı operalardan Ziqfrid, Aida, Vaqifin leytmotivi). Həmçinin portret xarakteristikası müəyyən janr-tembr ya janr vasitəsilə göstərilə bilər. Necə ki, məsələn “Qarqız” operasında Lelin leytmotivi tembr, janr həmçinin intonasiya ilə kompleks təşkil edir (çobanın ifasının taxta nəfəsli alətlərdə səslənməsi)
Xüsusilə onu qeyd etmək lazımdır ki, leytmotivdə janr konkretləşməsi Azərbaycan bəstəkarlarının opera yaradıcılığında portret xarakteristikasına xasdır. Necə ki, Z.Hacıbəyovun “Aşıq Qərib” operasında Uverturada səslənən aşıq mövzusu opera boyu əsas qəhrəman aşığın leyt xarakteristikasına çevrilir. Buna misal olaraq, R.Mustafayevin “Vaqif” operasında üsyançıların rəhbəri “Cəngi” ritmində orkestr leytmotivi, “Sevil” operasında Dilbərin tanqo xarakteristikası və s.
Əsas personajların xarakteristikasını təsvir edən leytmotivlərdən başqa, həmçinin digər xarakterik cəhətlər də fərqləndirilir.
- Müxtəlif xoşagəlməz təbiət hadislərinin leytmotivləri ( R.Vaqnerin “Tristan və İzolda” operasında Gündüz və Gecənin leytmotivləri, V.Adıgözəlovun “Vaqif” operasında şimşək mövzusu);
- Leytmotivin simvolları: qəzəb leytmotivi, tale leytmotivi, (P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operasında üç kartın mövzusu, R.Korsakovun “Çar gəlini” operasında zəhər leytmotivi, Niyazinin “Xosrov və Şirin” operasında hiylə leytmotivi, F.Əmirovun “Sevil” operasında Sevilin əzab leytmotivi);
- Qəhrəmanların psixoloji vəziyyətlərinin leytmotivləri (C.Verdinin, R.Vaqnerin, Ş.Qunonun, P.İ.Çaykovskinin, Ü.Hacıbəylinin, M.Maqomayevin, Niyazi, C.Cahangirovun, Ə.Bədəlbəylinin operalarında çoxsaylı məhəbbət leytmotivləri, qısqanclıq, kədər, əzab, qəzəb leytmotivləri)
Leytmotivlərin belə funksiya müxtəlifliyinin opera dramaturgiyasında tətbiqi əsas qəhrəmanların xarakterik cəhətlərinin açılmasına, leytmotiv-simvola və s. xidmət edir.
Beləliklə, leytmotiv operanın inkişafında konstruktiv bağlayıc elementə çevrilir və mövzunun axarlı inkişafını tənzimləyir.
Buna nümunə olaraq, leytmotiv texnikasının işlənməsi Ü.Hacıbəylinin “Koroğlu” operasında öz əksini tapmışdır.
Onu xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan bəstəkarlarının leytmotivlərinin özünəməxsusluğu obraz-emosional sferada Azərbaycan muğamlarının geniş istifadəsidir. Verilən prinsip öz əksini Ü.Hacıbəyli yaradıcılığından başlayaraq tapmışdır:
Ü.Hacıbəylinin “Əsli və Kərəm” operasında əsas qəhrəmanın musiqili xarakteristikasında leyttema materialı kimi Kərimi zərb muğamından istifadə olunmuşdur.
Nümunə № 1
Müslüm Maqomayev Üzeyir Hacıbəylinin mövcud təcrubəsindən öz opera yaradıcılığında geniş şəkildə istifadə etmişdir. Artıq “Şah İsmayıl” operasının ikinci redaksiyasında (1924-cü il) leytmotiv mövzusu olaraq nəinki Ərəb Zənginin xarakterini əks etdirmək üçün həmçinin (Ərəb Zənginin səhnəyə çıxışını əks etdirən və həm orkestr partiyasında sonra isə Ərəb Zənginin və Şah İsmayılın reçtativ səhnələrində səslənən musiqi materialı aşıq musiqisi “Kərimi”nin musiqi materialı ilə yaxındır) həmçinin konkret obraz sferasında leytladdan istifadə etmişdir.
Beləliklə, Bayatı-Şiraz ladı Aslan Şah və köməkçi qüvvələr olan əsabələrinin leyt simvoluna çevrilir. Bayatı-Şiraz ladından bəstəkar Aslan şahın birinci ariyasında, vəzirlə Aslan Şahın duetində və beşinci aktda xorda istifadə edir.
Necə ki, “Bayatı Şiraz” ladı “Şah İsmayıl” operasında köməkçi qüvvələr olan Aslan şah və onun dəstəsinin leyt simvoluna çevrilib, “Nərgiz” operasında isə müsbət qəhrəmanlar Nərgiz, Əliyar və Gülnarın portret xarakteristikasının lad əsasınında “Şüştər” və “Bayatı Şiraz”, amma köməkçi qüvvələr olan Ağalar bəy və onun ətrafındakılarının xarakteristikasında “Rast” və “Çahargah” muğamı ortaya çıxır.
Verilmiş üsül, təyin olunmuş ladın müəyyən obraz-məna kontekstində istifadəsi sonralar öz əksini digər Azərbaycan bəstəkarlarının yaradıcılığında tapmışdır. Buna misal olaraq, Süleyman Ələsgərovun “Bahadur və Sona” operasındakı “Şüştər” ladının (ümumi leytmotivin olması ilə yanaşı) sevənlərin leytladına cevrilməsini göstərə bilərik.
Əsasını emosional Azərbaycan ladları təşkil edən leytmotivlər hətta ən çətin psixoloji mənanı dərin, həqiqi mənada həyata keçirməyə imkan verir.
Bu mənada Azərbaycan operalarının özünəməxsusluğunu ona xas kompazisiya quruluşlu konkret muğam intonasiyaları və aşıq musiqisi təşkil edir.
Bu baxımdan Azərbaycan bəstakarlarının opera yaradıcılığında konstruktiv və obraz-məzmun xətti sıx bağlıdır. Forma yaratma prinsipi ilk növbədə əsas opera fabulasında mövcud olan müvafiq dramaturji funksiyanı diktə edir.
Öz növbəsində onların ardıcıllığı forması böyük musiqili-səhnə əsərlərində bilavasitə ideyanın həyata keçirilməsindən yaranır.
Müəllif: Azərbaycan Milli Konservatoriyasının dissertantı Leyla Cümayeva