Azərbaycan Livana maliyyə yardımı göstərəcək
05.08.2020

Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcəkdir.

Visiontv.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Livan Prezidenti Mişel Auna ünvanladığı başsağlığı məktubunda qeyd olunub.

Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, 4 mindən çox insan yaralanıb.