Azərbaycan koronavirusla mübarizə üçün ən müasir laboratoriyaya malikdir
28.02.2020

"Azərbaycanda xüsusi təhlükəli infeksiyaların diaqnozu üçün çox müasir tipli və Dünya Səhiyyə Təşkilatının akreditasiyasından keçmiş laboratoriya var".

Visiontv.az xəbər verir ki, bu sözləri TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı REAL TV-yə müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan ölkə olaraq hər bir hala hazırdır: "Bu laboratoriyada diaqnostik reaktivlərimiz də təmin olunub".

Azərbaycan hökuməti öz vətəndaşlarını təhlükəli virusdan qorumaq iqtidarındadır və bu səbəbdən bu günə qədər bir nəfər də olsa, koronavirusa yoluxmayıb.

Azərbaycan bu prosesi mükəmməl şəkildə həyata keçirən dövlətlərdən biridir.