Azərbaycan İran əlaqələri yeni mərhələyə keçir..
Azərbaycan İran əlaqələri yeni mərhələyə keçir..
29.11.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

İqtisadi Əməkdaşlıq Təşkilatınınn (İƏT) Aşqabad zivrə görüşü çərçivəsində prezident İlham Əliyevlə İran prezidenti İbrahim Rəisilə görüşü baş tutdu. Qeyd edim ki, İranın ikinci Qarabağ müharibəsindən sonra regionda yeni geokonfiqruisyanı qəbul etməməsi, "Zəngəzur" dəhlizinə qarşı çıxması və Azərbaycan sərhədlərində hərbi təlimləri iki ölkə arasında ciddi siyasi və diplomatik böhran yaratmışdı. Azərbaycanın geriçəkilməməsi, prinsipial olaraq yeni reallıqlara uyğun olaraq davranması,Tehranı geri addım atmasına gətirib çıxardı. Təbii ki, burada Ankara və Moskva amilinidə nəzərə almaq lazımdır.

İranın Ermənistanla yaxınlaşması və Qafan -Gorus yoluna alternativ yol çəkmək planı və Yerevanı Azərbaycana qarşı dəstəkləməsi demək olar ki, baş tutmadı. Bakı və Tehran arasında siyasi əlaqələrin intensiv  şəkildə başlaması, XİN rəhbərlərinin mütəmadi əlaqələri müəyyən qədər Bakı və Tehran arasında buzların əriməsinə gətirib çıxardı. 

Aşqabadda baş tutan görşüşdə İran Zəngəzur dəhlizni qəbul edir və regionda geosiyası proseslərlə barışır. Prezidentlərin bu görüşü iki ölkə arasında böhrandan və Tehranın yeni hökuməti ilə yeni bir əməkdaşlıq mərhələsinin başlanmasıdır. Azərbaycan İrana dost əlini uzadır və Tehran bundan sonra Azərbaycana qarşı deustiriktiv siyasəti bir müddət həyata keçirməyəcək. 

Nəzərə almaq lazımdır ki. İran da mühafizakarlar və hərbiçilər hakimiyyətdədir və Tehranın region siyasəti dəyişə bilər. Buna baxmayaraq İranı dəyişən regional şərtlərlə barışmağa məcbur edildi. Həm də İran Ermənistan əlaqələri bundan sonra Azərbaycan əleyhinə formalaşmayacaq. Həmçinin İran Xəzərin son statusu ilə bağlı qəbul edilən sənədi parlamentdə ratifikasiya edə bilər. 
Milli Cəbhə Partiyası olaraq Azərbaycanın qonşu ölkələrlə  siyasi-iqtisadi əlaqələrin inkişafında maraqlıyıq. Qonşu ölkələrdə Azərbaycanla qarşılıqlı etimad şəkilində bu əlaqələrin qurulmasını həyata keçirməlidir. Ölkəmizə qarşı bütün təhdid və təzyiqlərə qarşı partiya olaraq dövlətin siyasətində yer alırıq. İran Azərbaycan əlaqələrinin inkişafında maraqlıyıq və prezidentlərin bu görüşü yaşanan böhrana son verəcək.

Məhəmməd Əsədullazadə

MCP sədrinin muavini, politoloq

Visiontv.az