Azərbaycan ilə Ermənistanın danışıqlar strategiyası ilə Brüsseldəki görüşün nəticələrinin müqayisəsi
Videonu Aç
Azərbaycan ilə Ermənistanın danışıqlar strategiyası ilə Brüsseldəki görüşün nəticələrinin müqayisəsi
11.04.2022 İbrahim Məmmədov Tərəfindən

Prezident İ.Əliyevin danışıqlar strategiyası:

- Dağlıq Qarabağ ifadəsinin gündəlikdən çıxması;

- Qarabağ münaqişəsinin həll olunması və belə bir münaqişənin olmamasının qəbul edilməsi;

- Gündəlikdə olan məsələnin “Azərbaycan – Ermənistan münasibətlərini tənzimlənməsi” kimi müəyyənləşdirilməsi;

- Nizamlamada 10 noyabr Bəyanatının bütün müddəalarınam əməl olunması; (Bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını ehtiva edir);

- Dərhal sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlanması;

- Dərhal sülh sazişi üzərində işə başlanması;

- Sülh sazişində sərhədlərin və ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxil olmaqla 5 prinsipin əks olunması;

- Naxçıvana dəmiryolu və avtomobil yolunun bərpa olunması.

Ermənistanın danışıqlar strategiyası:

- Danışıqların təməl prinsipləri sırasına Xankəndinin ermənin icması ilə bağlı məsələ daxil etmək;

- Danışıqları ATƏT-in Minsk Qrupunun vasitəçiliyi müstəvisinə keçirmək və yaxud paralel danışıq meydançası yaratmaqla prosesi dalana salmaq;

- Sülh sazişi üzərində işə başlamanın vaxtını uzatmaqla geosiyasi reallığın dəyişməsinə çalışmaq və onu gözləmək;
- Azərbaycanı Rusiya, Aİ və ABŞ ilə üz-üzə qoymağa cəhdlər etmək.
Brüssel danışıqlarının nəticələri:

- Qarabağ və erməni icmasına dair mövzunun müzakirə masasından çıxarıldı;

- 10 noyabr 2020-ci il Bəyanatının bütün müddəalarının yerinə yetirilməsi tələb olundu (4-cü maddə)

- Nəqliyyat infrastrukturunun açılmasının vacibliyi tələb olundu;

- Sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın formalaşdırılmasına dair qərar qəbul olundu;

- Humanitar məsələlərin həlli: saxlanılanların buraxılması və itkin düşənlərin məsələsinin hərtərfli həlli;

- Minalardan təmizlənməyə dəstək ifadə olundu;

- Sülh sazişi üzərində işə başlanmasına dair tapşırıq verildi..

- Minsk Qrupu de-fakto gündəlikdən çıxdı..

- Türkiyə və ABŞ Brüssel prosesinin dəstəklədi..

Politoloq İbrahim Məmmədovun təqdimatında "Həftəyə baxış"

Visiontv.az