Azərbaycan həm regional, həm də Avropa müstəvisində Ermənistandan daha güclü mövqedədir
Videonu Aç
Azərbaycan həm regional, həm də Avropa müstəvisində Ermənistandan daha güclü mövqedədir
04.04.2022 İbrahim Məmmədov Tərəfindən

Politoloq İbrahim Məmmədovun təqdimatında "Həftəyə baxış" verilişini təqdim edirik.

- Azərbaycan regional müstəvidə də, Avropa müstəvisində də Ermənistandan çox güclü mövqelərə malikdir.

- Prezident İlham Əliyev Ş.Mişelə yazdığı məktubda

1) Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması,

2) nəqliyyat-kommunikasiya,

3) enerji məsələlərinə vurğu edib.

Mövzuların belə kombinasiyası Azərbaycanın mövqeyini gücləndirir.

- Prezident İlham Əliyev ötən həftə Rusiya və Ukraynanın prezidentləri ilə danışdı. Ukrayna prezidenti Azərbaycana təşəkkür etdi. Azərbaycan və Rusiya prezidentləri üçtərəfli Bəyanatların "bütün müddəalarının ardıcıl yerinə yetirilməsi" ilə bağlı həmfikirdirlər: İki qarşıduran tərəflə pozitiv münasibət nümunəsi

- Azərbaycanla Britaniya müdafiə sahəsində əməkdaşlığı müzakirə edib;

- Enerji üzrə strateji tərəfdaş İtaliyaya qaz ixracı artırıla bilər;

-N.Paşinyan "Qarabağı müdafiə ordusu" haqda danışmaqla qanunsuz silahlı qrupların Azərbaycan ərazisində olmasını rəsmən təsdiq etdi; Bu qruplara qarşı birgə mübarizə10 noyabr üçtərəfli Bəyanatın 4-cü və Azərbaycan -Rusiya Bəyannaməsinin 18-ci maddəsinin tələbidir.

- Ermənistan münasibətlərin nizamlanmasına və sülh sazişi imzalanmasına deyil, geosiyasi reallığı özünün xeyrinə dəyişdirməyə mənasız cəhdlər edir.

Visiontv.az