Azərbaycan heç vaxt ermənilərə müstəqillik verməyəcək - Məhəmməd Əsədullazadə
Azərbaycan heç vaxt ermənilərə müstəqillik verməyəcək - Məhəmməd Əsədullazadə
13.02.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Azərbaycan rəsmilərinin Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin rəhbərli Rustəm Muradovun iştirakı ilə  separatçı rejimin rəhbəri Arayik Arutunyanla əsir və itginlərlə bağlı görüşməsi qeyd edilir. Ermənistanın iştirakı olamdan belə bir görüşün keçirilməsi Azərbaycanın birbaşa Xankəndində ermənilərlərlə  təması mümkündür. Müharibdən sonra Ermənistan məğlub olub və tərəf deyil. Və buradakı ermənilər Azərbayacan ərazisində yaşayırlar. 

Ermənistan mətbuatı bunu Azərbaycanın "DQR prezidenti" ilə görüşür ki, kimi qeyd etməsi sadəcə absurddur. Azərbaycan heç bir vaxt oradakı separatçıları tərəf kimi qəbul etməyib və ermənilərədə müstəqillik verməyəcək. 
Ermənistan tərəfi " status" deyəndə əsasən müstəqlliyi nəzərdə tutur. Əgər, belə bir görüş keçirilibsə, oradakı ermənilərin Azərbaycanın tərkibinə reinteqrasiyasına əsaslanmalıdır. Və Azərbaycanın bundan sonra,  birbaşa erməni icması ilə əlaqələr qurmasında problem olmamalıdır. Amma, Arayik Arutunyan, Vitalı Balasanyan cinayətkardı və onların həbsi mütləqdir.

Azərbaycan tərəfi belə bir görüş keçiribsə, əsasən bir neçə amilə əsaslanır. Birinci, Azərbaycan göstərmək istəyir ki, buradakı ermənilərlə probelmi yoxdur və onları öz vətəndaşları kimi qəbul edir. İkinci, Azərbaycan bunu artıq  daxili probelmi kimi göstərir  və  Xankəndiyə gedə bilərəm mesajını verir. Üçüncü, Azərbaycan göstərmək istəyir ki, heç vaxt buradakı ermənilərə "müstəqillik" verməyəcək. 

Bu görüşdə yerli silahlı erməni birləşmələrinin ləğvinin də danışıqlar predmeti olmasını istisna etmirəm. Azərbaycanın ordakı separatçıları həbs etməsinə gəldikdə isə,  indiki situasiyada bu mümkün deyil. 
Belə bir görüş barədə ictimaiyyətə məlumat verilməlidir. Danışıqların gedişatına gəldikdə isə,  uğursuz olması mümkündür. Buna baxmayaraq Azərbaycan öz psixoloji üstünlüyünü ələ alıb və ermənilər burada özlərini əvvəlki tək rahat hiss etməyəcəklər.  

Rusiya çalışacaq ki, ermənilərin Azərbaycan arasında mümkün  barışa imkan verməsin. Bu, Rusiyanın geosiyasi maraqlarından irəli gəlir.