“Azərbaycan dünyaya günəş kimi doğacaqdır”
“Azərbaycan dünyaya günəş kimi doğacaqdır”
24.12.2021 Nəsib Məhəməliyev Tərəfindən

Bu sözləri 1993- cü ildə ildə, yenicə əldə olunmuş müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycan adlı məmləkətin xilaskarı, Ümummilli Lider Heydər Əliyev səsləndirmişdir.

İllər keçdi, Ulu Öndərin Azərbaycanın gələcəyinə yönəlik bütün arzuları, vəsiyyətləri real həyatda təsdiqini tapdı. Bu arzuları reallığa çevirməklə, adını dünya tarixnə qızıl hərflərlə yazdıran Lider isə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdir. 

Tarix yaradan Lider.

Son günlər, ölkənin aparıcı Kütləvi informasiya vasitələri, siyasətçilər, ictimai-siyasi xadimlər Prezident İlham Əliyevin rəhbərliyi dövrdə əldə etdiyi nailiyyətlər barədə çoxsaylı yazılar yazılır, çıxışlar edilir. Təbiidir. Xalq öz Liderinə, xilaskarına vəfa borcunu qaytarır. 

“Bütün ixtiraların ən mürəkkəbi idarəetmə sistemidir”
Kant.

2003-cü ildə Prezident seçildikdən sonra İlham Əliyev, “Regionların sosial-iqtisadi inkişafı haqqında “ 4, “ Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafı haqqında” isə, 3 dövlət proqramını təsdiq etdi. 

Nəticə olaraq, minlərlə yeni məktəb, uşaq bağçaları,xəstəxanalar, diaqnostika mərkəzləri, olimpiya-idman kompleksləri, mədəniyyət sarayları, magistral yollar, elektrik stansiyaları, inzibati binalar, şəhid ailələri, qazilər, məcburi köçkünlər üçün evlər, yeni ali məktəblər, inzibati binalar tikildi, parklar salındı. Əhalinin elektrik enerjisinə, təbii qaza, içməli və texniki suya olan tələbatının ödənilməsi istiqamətində milyardlarla maliyyə tutumu tələb edən infrastruktur layihələri icra olundu. Aqrar sektorun inkişafına xüsusi diqqət göstərildi.  Proqramların icrası, ölkə regionlarının və paytaxtın harmonik inkişafını təmin etmiş oldu. 

TANAP-(Trans-Anadolu), TAP-(Trans-Adriatik), onun tərkib hissəsi olan “Cənub Qaz Dəhlizi” , Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verildi. 
    
100 illərdən bəri Bakı əhalsinin 1 nömrəli problemi, içməli suya ehtiyacının ödənilməsi üçün, Oğuz-Qəbələ-Bakı layihəsi icra olundu. Taxtakörpü su anbarı tikildi.

Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutlarının, Avropadan Asiyaya çəkilən fiber-optik kabelin Azərbaycandan keçməsi, ölkəmizi regionun nəqliyyat-loqistika mərkəzinə çevirdi. 

Azərbaycan yerin süni peyklərini kosmik fəzaya göndərməklə, azsaylı kosmos ailələrinə aid edilən dövlətlərin sırasına düşdü. 

Azərbaycan, Şərqlə Qərbin arasında körpü rolunu oynayan, beynəkxalq tədbirlərin keçrildiyi multikulturalizm, konfessiyalar arası münasibətlərin nizamlandığı, tolerantlıq mərkəzinə çevrildi. 

“Avrovision” musiqi festvalı, ilk Avropa Oyunları, İslam oyunları və çoxsaylı idman yarışları, dünya və Avropa çempionatları keçirildi. 

Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra, xeyli sayda idmançılarımız olimpiya, dünya və Avropa çempionları titulunu qazandılar. 

Minlərlə istedadlı gənc, Dövlət maliyyəsi hesabına dünyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə etdi. 

Post-sovet ölkələri arasında, Rusiyadan sonra BMT Təhlükəsizlik Şurasına dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq üzv seçildi və sədrlik etdi. 

Qoşulmama Hərəkatına üzv olandan sonra qısa zaman kəsiyində sədr seçildi və Hərəkatın ciddi beynəlxalq gücə çevrilməsinə nail oldu. Biz bunun real nəticələrini Vətən müharibəsində gördük.

ÜDM, makro-iqtisadi göstəricilər dəfələrlə artdı. Əhalinin sosial vəziyyəti yaxşılaşdı. İqtisadi imkanlar artdıqca sosial layihələr icra olundu. 

Elə bir sahə yox idi ki, Prezident onun inkişafında inqlabi nəticələrə nail olmasın. Ancaq, ölkənin əsas problemi, son 30 ildə hər bir azərbacanlının ürəyində yara salmış Qarabağ torpaqları  işğalda idi. 

Ən müasir silahlarla, döyüş texnikası ilə təchiz olunmuş güclü ordu quruldu. 21-ci əsrin müharibəsini aparmaq üçün Silahlı Qüvvələrin bütün növlərinin, NATO sisreminə uyğun, peşəkar hazırlığına xüsusi diqqət yetirildi. 

Prezident gözəl başa düşürdü ki, tək güclü ordu ilə torpaqları işğaldan azad etmək mümkün deyil. Bunun üçün hüquqi-normativ bazanın yaradılması,  aparıcı beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin ərazi bütövlüyünü təsdiqləyən qətnamələrin qəbulu, regionda marağı olan böyük güclərin neytral mövqeyinə nail olmaq lazım idi. Bəllidir ki, məhz, həmin supergüclərin hər birisinin korparativ maraqları, ikili standartlar, xristian təəssübkeşliyi nəticəsində konflikt həllini tapmırdı.  Məsələnin ən çətin tərəfi də, geosiyasi gücləri bir araya gətirmək və prosesdən maksimum az zərərlə çıxmaq idi. 

İlk baxışda, hətta ən güclü dövlətlər  üçün mümkünsüz görünən problemi, beynəlxalq münasibətlər sistemini, beynəlxalq təhlükəsizlik sistemini, ən yüksək səviyyədə mənimsəmiş peşəkar diplomat, strateq, Ali Baş Komandan İlham Əliyev bacardı. Və Adını Dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı. 

Tarixi Qələbədən sonra Azərbaycanın beynəlxalq nüfuzu kəskin artdı. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının sınmış qüruru bərpa olundu. Hesab edirəm ki, ən böyük xoşbəxtlik, elə budur. 

İlham Əliyev şəxsiyyəti isə, dünya Liderləri arasında xüsusi rəğbətlə seçilir. Dünyanı bürümüş Pandemiya ilə mübarizədə, cənab Prezidentin təşəbbüsləri, beynəlxalq birlik tərəfindən yüksək səviyyədə dəstəkləndi.

Müharibədən sonra regionda  yeni reallıqlar yarandı. Tarixi “Şuşa Bəyannaməsi” imzalandı. Qısa zaman kəsiyində fantastik sürətlə bərpa işləri aparılır. Özündə ən innovativ ideyaları əks etdrən İnfrastruktur layihələri həyata keçirilir. 

Müasir Azərbaycan tarixinin İlham Əliyev Liderliyində görülmüş iri miqyaslı işlərin kiçik bir yazıda  sadalanması qeyri-mümkündür.

Bütün bu nailiyyətlərin müəllifi, bu gün 60 yaşını qeyd edən, Tarix yazan və Tarix yaradan Prezident, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevdir. 

Çox Hörmətli cənab Prezident! 

Sizi doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə, ailənizə möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik, Azərbaycanın gələcəyi naminə gördüyünüz işlərdə uğurlar arzulayıram! 

Tanrı Sizləri qorusun!

Millət vəkili Nəsib Məhəməliyev

Visiontv.az