Azərbaycan dövləti hazırda çox ciddi böhranları idarə etməklə məşğuldur-deputat Tahir Mirkişili
07.08.2020

“2020-ci ilin Dövlət Büdcəsinə, Dövlət Sosial Müdafiə və İşsizlikdən sığorta fondunun büdcələrinə dəyişiklik edilməsi haqqında qanun layihələri artıq Milli Məclis tərəfindən qəbul edildi.

Bir daha xatırlatmaq istərdim ki, Qanun layihəsi Dövlət Büdcəsi gəlirlərinin 10.5 mln man azaldılmasını, büdcə xərclərinin isə 597 mln manat artırılmasını özündə ehtiva edir. DSMF-nun büdcəsində dəyişiklik daxili resurslardan daha çox istifadə, İşsizlikdən sığorta fondunun büdcəsindəki dəyişiklik isə insanlara ödəmələrin həcminin artırılmasını nəzərdə tutur.
Qeyri-neft gəlirlərinin azaldılmasının DNF dan köçürmələrin artırılması hesabına kompensasiya edilməsi, xərclərin yenidən təhlili nəticəsində restruktizasiya edilməsi, sosial təminat, müdafiə qabiliyyətininin artırılması, iqtisadi faaliyyətin gücləndirilməsi istiqamətində xərclərin artırılması, lazımı ehtiyatların yaradılması, artan büdcə kəsirinin idarə olunması üçün məqbul üsullardan istifadə edilməsi – bu layihənin əsas xarakterik xüsusiyyətləridir. Komitə iclaslarında 8, plenar iclasın 1-ci və 2-cu oxunuşlarda isə 24 deputat çıxış edərək layihəyə öz münasibətlərini bildirmişlər. Layihələrin konkret rəqəmlərinə aid olan bir çox təkliflər həm komitədə, həm da müvafiq hökumət qurumları ilə müzakirə edilmişdir. Müzakirələrin nəticəsi kimi, qanun layihəsinin olduğu kimi saxlanılması məqbul hesab edilmişdir. Lakin bununla yanaşı qaldırılan məsələlərin də diqqətdə saxlanılacağını və daha ətraflı təhlil olunacağını da bildirmək istərdim.

Ümumiyyətlə, qeyd etmək istərdik ki, 2020-ci il çox mürəkkəb bir ildir. Böhran ilidir. Bir neçə mürəkkəb böhranın ölkəmizə eyni zamanda təsirini müşahidə edirik. 1) Pandemiya, onun təsirləri 2) Neftin qiymətinin enməsi next ixrac edən ölkə kimi Azərbaycanın gəlirlərinə təsiri, 3) Cisdi quraqlığın kənd təssərrüfatımıza ciddi ziyan vurması, 4) Ermənistanın sərhədlərimizə hücümu və düşmənin ciddi məkrli iqtisadi planları.
Bax Azərbaycan dövləti hazırda bu cür böhranları idarə etməklə məşğuldur. Və nəticələr də kifayət qədər uğurludur. Nəticələrdən asılı olmayaraq dövlətin niyyəti saf və iradəsi güclüdür.
Azərbaycan prezidenti tərəfindən Milli Məclisə göndərilimiş dövlət büdcəsinə dəyişiklik layihəsi də bunu bir daha sübut edir. Heç bir xarici borca getmədən, devlavasiya etmədən, problemi əhalinin və sahibkarların üzərinə qoymadan, əsas valyuta gəlirlərimiz olan neftin qiymətinin 35 dollar olacağını nəzərə alaraq, xərcləri daha dərindən təhlil edərək dövlət bu büdcə ilə qarşısında duran əsas hədəfləri vurmağı və çağırışlara cavab verməyi planlayır. Nədir bu hədəflər: ehtiyacı olan hər bir vətəndaşa mövcud imkanlar daxilində yardım etmək, səhiyyə sahəsini inkişaf etdirmək, sosial qayğını artırmaq, odumuzu gücləndirmək, su ilə bağlı yeni layihələr icra etmək, iqtisadi fəallığı dəstəkləmək üçün xərcləri artırmaq, makroiqtisadi sabitliyi qorumaq və ən nəhayəti, hər şeyi Azərbaycan vətəndaşı üçün etmək. Bunun üçün də bizə çevik, icra edilə bilən ,lazımi ehtiyatlara sahib və böhran idarəetməsinə dəstək ola biləcək bir büdcə lazımdır. Son 3 gündə aparılan müzakirələr onu göstərdi ki, dəyişiklik edilən büdcə layihəsi bu tələblərə cavab verir.

Qarşıda bizi 2021-ci ilin büdcə layihəsinin müzakirəsi gözləyir. İnanırıq ki, qaldırılan bir çox məsələlərin həlli üçün bu layihədə əlverişli zəmin yaranacaqdır.

visiontv.az