Azərbaycan dövlətçilik tarixinin əbədi divarlarına qoyulan təməl daşı - deputat Hikmət Babaoğlu
Azərbaycan dövlətçilik tarixinin əbədi divarlarına qoyulan təməl daşı - deputat Hikmət Babaoğlu
31.05.2021 Hikmət Babaoğlu Tərəfindən

Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşını qoyması mərasimi hər birimizdə qürur yaradan tarixi hadisə oldu. Bu təməl daşı əslində Azərbaycan dövlətçilik tarixinin əbədi divarlarına qoyulan yeni bir qat, yeni bir mərhələnin başlanğıcı idi. Bərpa gününun təməlqoyma mərasiminin 28 May Respublika günündə baş tutması da təsadüfi deyildi.

Çünki bu tarixi Azərbaycan Prezidenti  bir daha milli bayram, müstəqillik günü kimi xarakterizə edərək əldə etdiyimiz tarixi qələbəmizi müstəqil olmağımızla əlaqələndirdi. Bu fikirlər isə siyasi ideoloji müstəvidə dövllətçilik şüurumuzun yeni qatının müstəqil və qalib əsaslarında formalaşması üçün atılan təməl daşı idi. Genetik yaddaşımıza edilən müraciət idi. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli şüurunu ümmətçilikdən dövlətçiliyə, dövlətçilikdən cümhuriyyətçiliyə qədər inkişaf etdirdiyi kimi bu fikirlər də milli şüurumuzu məğlubiyyətdən qalibiyyətə, qalibiyyətdən yeni milli mentalitetə qədər inkişaf etdirəcək. Bu bir xalqın ictimai-siyasi fikir tarixində tamamailə yeni bir mərhələnin, yeni bir eranın başlanması  deməkdir.

Bu səbəbdəndir ki , bəzi azərbaycanafob mərkəzlər müxtəlif internet resurslarında, sosial şəbəkələrdə tarixi zəfərimizə və naliyyətlərimizə kölgə salamaq üçün ən müxtəlif səviyyələtdə qarayaxma kompaniyası aparırlar. Bəzi marginal müxalif quruplar da bu prosesdə  fəal iştirak edirlər. Ancaq şübhəsiz ki, bütün bu antimilli fəaliyyətlər xalqımızın ümummilli sevinci və coşqusu qarşısında olduqca cılız görünür və belələri əsla öz qaranlıq məqəsdlərinə çatmayacaqlar. Bəzən siaysət mümkün olmayanı mümkünetmə sənəti də adlandırılır. Döğrusu bunu isbat edəcək nümunələr o qədər də çox deyil. Ancaq düşünürəm ki, 44 günlük müharibə və ondan sonra ötən zaman ərzində Azərbaycan Prezidenti öz fəaliyyəti ilə bunun ən yaxşı təcrübi nümunəsini yartdı.

Bu gün Ermənistan dövlətinin iflas etməsi, haqq etdiyi şəkildə küncə sıxışdırılması, öz sərhədlərini qorumaq üçün yeni sahiblər axtarışına çıxması da məhz mümkün olmayanı mümkünetmə sənətinin yaratdığı reallıqdır. Axı cəmisi bir neçə ay bundan öncəyə qədər bu dövlət Azərbaycan torpaqlarını işğal altında saxlayır, millətimizə meydan oxuyur, xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədirdi. İndi isə miskin vəziyyətə düşüb. Bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi milli-strateji siyasət və rasional-praqmatik  davranışları nəticəsində baş verib. Bundan sonrakı mərhələ cinayətkarın öz cəzasına çatdırılması Azərbaycanın isə yeni inkişaf tarixinin başlanğıcıdır.

Visiontv.az