Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahan keçirilir
03.08.2021

Avqustun 3-də Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahan keçirilir. Bugünkü təkrar imtahanlarda 3055 namizədin iştirakı gözlənilir.

Qeyd edək ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4091 nəfər müraciət edib.