Azərbaycan Avropa Oyunlarında 6 taekvondoçu ilə təmsil olunacaq
30.10.2019

Noyabrın 1-də İtaliyanın Bari şəhərində taekvondo üzrə Avropa Oyunları start götürəcək.

Visiontv.az-ın məlumatına görə, G4 kateqoriyalı yarışda Azərbaycan millisi də iştirak edəcək. 

Komandanın baş məşqçisi Reza Mehmandost yarışda Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Radik İsayev (+80 kq), Patimat Abakarova (53 kq), Fəridə Əzizova (67 kq) və Zahra Fazel Kalxorana (+67 yuxarı) şans verəcək.

APA