AZAL Çinə uçuşları bir aylıq dayandırır
28.01.2020

Ötən ilin dekabrından Çinin Vuhan şəhərində meydana çıxan ölümcül koronavirus (2019-nCoV) sürətlə dünyaya yayılmaqda davam edir. Artıq Moskvada 8 nəfərin ilkin koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Visiontv.az xəbər veir ki, rəsmi məlumatlara görə, virusa yoluxma nəticəsində Çində ən azı 80 nəfər ölüb. Təxminən 2000 nəfər isə ölümlə nəticələ bilən virusa yoluxub ki, onlardan 300 nəfərinin vəziyyəti kritikdir. Çindən başqa ABŞ və Fransa da daxil olmaqla 10 ölkədə koronavirusa yoluxma halları qeydə alınıb.

Çin prezidenti Xi Jinping sürətlə yayılan virusun daha çox insanın həyatını itirməsi və əlavə yoluxmalarla əlaqədar ölkədəki vəziyyəti “ağır” adlandırıb. Çinin ağır vəziyyətlə üzləşdiyini deyən prezident əhalini sakitləşdirməyə cəhd edib, “döyüşdə mütləq qalib gələ biləcəyini” söyləyib. Bildirib ki, virusun yayılmasının qarşısının alınması məqsədilə çox sayda şəhərlərə giriş və çıxış bağlanıb.

Koronavirusun daha geniş yayılmasının qarşısını almaq məqsədi ilə ölkənin Səyahət Xidmətləri Birliyi turizm agentliklərinə bütün qrup turları dayandırmağı tövsiyə edib.