“Azad iqtisadi zonaların yaradılması yüksək texnologiyalar üzrə ixracatımıza kömək edəcək…” - Müsahibə  
“Azad iqtisadi zonaların yaradılması yüksək texnologiyalar üzrə ixracatımıza kömək edəcək…” - Müsahibə  
23.11.2022 MEDİA Tərəfindən

Hər bir ölkənin başlıca inkişafına təkan verən iqtisadiyyat hər zaman aktualdır. Azərbaycan da bu sahədə son illər yeniliklərə imza atıb

Mövzu ətrafında iqtisadçı alim Emin Qəribli Visiontv.az saytına müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik:

Fikrinizcə neftdən asılılığımızı tamamilə ləğ etmək üçün daha çox hansı sahələrin inkişafına çalışmalıyıq? 

Əslində neftdən asılığı azaltmağa çalışırıq. Burada bizim ixrac məhsulumuz olacaq. Dünyada elə bir ölkə yoxdur ki, o ölkənin hər hansısa bir məhsuldan asılılığı olmasın. Hətta ölkə prezidenti də çıxışlarının birində qeyd etmişdi ki, biz gələcəkdə alternativ enerjidən istifadə edəcəyik. Lakin neft məhsullarını ixrac edəcəyik. Çünki neft məhsullarının qiyməti getdikcə artır. Burada mənfi heç nə yoxdur. Amma təbii ki, büdcə bundan asılıdır. Bu asılılığın aradan qaldırılması üçün dayanıqlı inkişafımızı təşkil edən layihələrdən biri məhz ərazimizdən keçən beynəlxalq nəqliyyat dəhlizləridir. Yəqin ki, biz yaxın zamanlarda Zəngəzur dəhlizini də işə salacağıq. Bu iqtisadiyyatımıza müsbət təsir edən amillərdən olacaq.  Qaz ixtacatı ilə bərabər enerji daşıyıcılarının da ərazimizdən danışınması da mühümdür.  Gələcəkdə Qazaxıstan, Türkmənistan kimi ölkələrin qaz ixracatının daha da artmasında ölkəmiz tranzit rolunu oynayacaqdır. Əslində biz gələcəkdə neft – kimya sahəsində ixtisaslaşa bilərik.  Məhz emal sənayesini inkişaf etdirə bilərik.  Yeni texnologiyaların inkişafı startapdır. Hesab edirəm ki, texnoparklar və azad iqtisadi zonaların yaradılması yüksək texnologiyalar üzrə ixracatımıza kömək edəcək.  Aqrar sahənin də inkişafı çox vacibdir.  Düşünürəm ki, bu sahənin inkişafı ilə gələcəkdə neft asılılığı azalacaq. 


Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün atılan addımları necə dəyərləndirirsiniz?

Əlbəttə ki, bu addımları müsabət dəyərləndirirəm. Ümumi daxili məhsulunda və vergi yığımlarında artımı müşahidə edirik.  Buna rəğmən hesab edirəm ki, bu sahədə islahatlar davam etməlidir. Müasir dünya elə yüksək templərlə dəyişir ki, keçən ilki çağırışlar bu ilki ilə müqayisə edildikdə dəyişiklikləri görürük. Bunun üzərində çalışmaq lazımdır. Bu günkü trendləri, çağırışları müəyyən edilib operativ qərarlar qəbul edilməlidir. 

Sizə ölkəmizdə kiçik sahibkarlığın və bank sektorunun inkişafında  islahatlara ehtiyac yoxdurmu?

Fikrimcə bu sahədə də ölkəmizdə kifayət qədər islahatlar aparılır. Vaxt gəlib çatıb ki, iri sahibkarlıqla da bağlı iqtisadi konsepsiyanı qurmağa zərurət yaranıb. Mənə elə gəlir ki, Azərbaycanda kiçik sahibkarlığa yetərincə diqqət yetirilir.  Bu sahədə mütəmadi islahatların aparılmasına ehtiyac var.  Bank sektoru isə bizim ən problemli sahələrimizdən biridir.  Bildiyiniz kimi 2014 – cü ildə məhz baks sektoruna mənfi təsir nəticəsində bir neçə bankların fəaliyyəti dayandırıldı. Ölkəmizdə kredit faizləri əlbəttə ki, çoxdur. Bu faizlərin aşağı enməsi istiqamətində müvafiq tədbirlər davam etdirilməlidir. Bu paralel olaraq qeyri – neft sektorunun inkişafı ilə reallaşa bilər. Hesab edirəm ki, həm bank sektorunda həm də qeyri – neft sektorunda bu sahələrdə real iqtisadiyyatda həyata keçirilən islahatlar paralel olmalıdır. Mərkəzi Bank rəhbərliyinin də dəyişməsindən sonra müəyyən yenilikləri hiss edirik. Yəqin ki, biz yaxın zamanlarda bunun nəticəsini görəcəyik.

Bünyamin Bünyadzadə
Visiontv.az