Ayın sonunadək Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək
17.01.2020

Bu ayın sonunadək Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılıb.

Visiontv.az-ın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Anjey Kaspşiklə görüşdə bu məsələ müzakirə olunub.