Avstraliyada yanğına görə 1 milyard 400 milyon dollar ayrılacaq
06.01.2020

Avstraliya hökuməti növbəti iki il ərzində meşə yanğınlarından sonra ölkənin bərpası üçün azı 2 milyard Avstraliya dolları (təxminən 1,4 milyard ABŞ dolları) ayıracaq.

Visiontv.az RT-yə istinadən xəbər verir ki, bunu Avstraliyanın baş naziri Skott Morrison bildirib.

Onun sözlərinə görə, bunun üçün Avstraliyada Milli Fond yaradılacaq. Vəsait yerli hökumət orqanlarına, fermerlərə və xammal istehsalçılarına kömək üçün yönəldiləcək. Səhiyyə sahəsindəki proqramlara da investisiya qoyulması planlaşdırılır: "Biz bu ölkənin həyat qabiliyyətini və gələcəyini təmin edəcəyik, bunu isə lazım olan işə sərmayə qoymaqla edəcəyik".

S.Morrison əlavə edib ki, Avstraliya ştatlarının rəhbərlərindən yanğınlar nəticəsində dağılmış körpülərin, yolların və məktəblərin bərpasına böyük sərmayələr yatırılacağını gözləyir.