Avstraliyada hədsiz populyasiya səbəbindən 10 min dəvə öldürüləcək
08.01.2020

Avstraliyanın Ananqu qəbiləsinin ağsaqqalları və Cənubi Avstraliya ştatının hakimiyyət orqanları beş gün ərzində regionun qərbində yaşayan 10 min vəhşi dəvənin öldürülməsi barədə qərar qəbul edib.

Visiontv.az The Australian nəşrinə istinadla xəbər verir ki, yerli ətraf mühitin mühafizəsi departamenti bunu çox böyük dəvə sürülərinin quraqlıq səbəbindən qida və su tapa bilməməsi və aborigenlərin yaşadığı kəndlərə zərər vurması ilə izah edib. Sakinlərin sözlərinə görə, dəvələr kəndlərə girərək hasarları dağıdır, evlərə soxulur, su axtarır, hətta kondisionerləri sındırırlar.

Regionun şimal-qərbində geniş torpaqlara sahib olan aborigen Ananqu qəbiləsinin başçıları vəhşi dəvələrin kütləvi öldürülməsi təklifi ilə razılaşıb.

1840-cı ildə Avstraliyaya gətirilən vəhşi dəvələrin populyasiyası hazırda 1,2 milyon başa çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır