Avropa Komissiyası Ukraynaya 1 milyard avro yardım etməyi təklif edib
Avropa Komissiyası Ukraynaya 1 milyard avro yardım etməyi təklif edib
02.07.2022 MEDİA Tərəfindən

Avropa Komissiyası Ukraynaya 1 milyard avro ayırmağı təklif edib.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Twitter-də məlumat verib.
"Bu gün biz Ukraynaya 1 milyard avro ayırmağı təklif edirik. Makromaliyyə yardımının birinci hissəsi may ayında elan edilib. Bu, ölkənin təcili ehtiyaclarını ödəməyə kömək edəcək", - o yazıb.

Von der Leyen əmin edib ki, Avropa İttifaqı Ukraynaya yardımı davam etdirəcək və uzunmüddətli perspektivdə onun bərpasına dəstək verəcək.

visiontv.az