Avropa İttifaqı iki ölkə arasında sülh sazişinin imzalanmasına çalışır - Məhəmməd Əsədullazadə
Avropa İttifaqı iki ölkə arasında sülh sazişinin imzalanmasına çalışır - Məhəmməd Əsədullazadə
17.07.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Avropa İttifaqının prezidentin Şarl Mişelin Cənubi Qafqaza səfəri çərçivəsində Gürcüstan, Azərbaycan və Ermənistana səfəri əsasən, regionda post-münaqişə dövrünə uyğun olaraq əməkdaşlığı yeni bir inkişaf mərhələsinə qaldırmaq, həmçinin Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi üçün əsas vasitəçi olmaqdır.

Məhz ittifaq prezidentinin ilk səfəri  Ermənistana etməsi,  baş nazir N. Paşinyan və preziden A. Sarkisyanla danışıqlar aparması, oradan Azərbaycana gələrək prezident İlham Əliyevlə görüşü  gözlənilir. Avropa İttifaqı  iki ölkə arasında sülh sazişinin imzalanmasına çalışır. Avropa İttifaqının buna imkanı çatır və Ermənistana təzyiqlər edəcəksə, bu mümkündür.

Qeyd edim ki, Avropa İttifaqı burada əsas maraqlı tərəfdir. Rusiya, nə də ABŞ sülhün əldə edilməsində maraqlı deyil. Məhz baş verənləri düzgün qiymətləndirən Avropa İttifaqı təşəbbüsü ələ alır. İki ölkə Avropa İttıfaqı ilə sıx əməkdaşlıq münasibətlərinə malidkir. Əgər, Ermənistan Rusiyanın təhriklərinə qarşı gəlib, Avropa İttifaqının təkliflərini qəbul edəcəksə, Azərbaycanla sülhün əldə edilməsi mümkündür. Azərbaycan Ermənistanla sülh müqaviləsinə hazırdır. Avropa İttifaqı Ermənistanla danışıqlar apardığı bir fonda sərhəddə atəşkəsu qarşı tərəf mütəmadi pozur. Rusiya göstərmək istəyir ki,  heç bir tərəfin regionda sülhün əldə etməsinə imkan verməyəcək.

Visiontv.az