Avropa İttifaqı genişlənməlidir – Çavuşoğlu
Avropa İttifaqı genişlənməlidir – Çavuşoğlu
29.11.2022 MEDİA Tərəfindən

"Aİ Balkanlardan Gürcüstana çatmalıdır, eyni zamanda Ukrayna və Moldovaya da çatmalıdır. Təbii ki, bu region Türkiyəsiz tam ola bilməz."

Visiontv.az “Milliyet”ə istinadən xəbər verir ki, bunu Ukraynada davam edən müharibəni müzakirə etmək üçün Rumıniyanın paytaxtı Buxarestdə bir araya gələn NATO-nun xarici işlər nazirlərinin iclasında çıxış edən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. 

İclasda çıxış edən Çavuşoğlu, Rusiyanın Ukraynanı işğal etmək cəhdi ilə Avropa təhlükəsizlik arxitekturasının yenidən qurulduğunu xatırladıb.

Çavuşoğlu, "Müttəfiqlər Türkiyənin yanında olmalıdır. Unutmaq olmaz ki, terrorun ən çox hədəfində olan ölkə Türkiyədir" deyib.
Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və maddi yardımlarını davam etdirdiyini qeyd edən XİN rəhbəri, Ankaranın münaqişənin digər bölgələrə keçməsinin qarşısını almaq üçün addımlar atdığını bildirib. Taxıl anlaşması, əsir mübadiləsi, tərəflərin Türkiyədə üzbəüz görüşü kimi diplomatik nailiyyətləri sadalayan Çavuşoğlu, ictimaiyyətə açıqlanmayan gizli addımların atıldığını qeyd edib. 

Dışişleri Bakanı Çavuşoğlu: Ukrayna için acil bir barışa ihtiyaç var

Çavuşoğlu deyib:

"Yalnız qınamaqla problemi həll etmək mümkün deyil, hərəkətə keçmək lazımdır. Ukraynanın ədalətli sülhə ehtiyacı var. Türkiyənin etməyə çalışdığı budur. Xüsusilə birinci mərhələdə səylərimiz nəticə verdi. Müharibə həftələrində tərəfləri Antalyada bir araya gətirdik. Müharibə ilə diplomatiya eyni anda aparıla bilər.”

Avropa İttifaqının elan etdiyi yeni Ukrayna missiyası üçün Türkiyə ilə məsləhətləşmədiyini xatırladan Çavuşoğlu, Aİ-nin mühakimə bacarığını itirdiyini bildirib.

Aİ-nin yeni əhatəli genişlənmə prosesinə başlamalı olduğunu söyləyən Çavuşoğlu, "Aİ Balkanlardan Gürcüstana, eyni zamanda Ukrayna və Moldovaya da çatmalıdır. Təbii ki, bu bölgə Türkiyəsiz tam ola bilməz" deyə vurğulayıb. 

İlahə Əliyeva