AVRO-2020-də "Ər axtarıram!" plakatı ilə diqqət çəkdi
24.06.2021

Anastasiya adlı rus qadın azərkeş AVRO- 2020-də İsveç-Slovakiya oyununda "Ər axtarıram" plakatı ilə diqqətləri üzərinə çəkib.

Visiontv.az Haber Global-a istinadən xəbər verir ki, AVRO-2020 11 ölkədə baş tutan oyunlarında maraqlı görüntülərlə yaddaşlarda qalıb.

Belə ki, Rusiyada baş tutan İsveç-Slovakiya oyununu tribunadan izləyən bir rus qadın azərkeş Anastasiya, tutduğu plakatla marağa səbəb olub. 

Sank Peterburqda təşkil olunan oyuna "looking for husband" (Ər axtarıram) plakatıyla gələn Anastasiya, "Qazprom" stadionunda diqqətləri özünə cəlb edib.