Avrasiyada yeni təhlükəsizlik arxitekturası: Azərbaycan və Türkiyə açar ölkələrdir-İbrahim Məmmədovun təqdimatında
Avrasiyada yeni təhlükəsizlik arxitekturası: Azərbaycan və Türkiyə açar ölkələrdir-İbrahim Məmmədovun təqdimatında
17.10.2022 İbrahim Məmmədov Tərəfindən

Prezident İlham Əliyevin Asatana bəyanatı E. Makronu 3 müstəvidə çətin duruma saldı:

1. Cənubi Qafqazda Fransanın diplomatik təsir imkanlarını minimuma endirdi: a) Fransanın C.Qafqazda maraqlı olan biznes və siyasi dairələri ondan narazı qalacaqlar; b) Artıq danışıqlar masasında olmayan E.Makrona erməni diasporunun da ehtiyacı azaldı; c) Ermənistanın manevr imkanları məhdudlaşdı

2. E.Makronun səhv siyasətlə Brüssel formatına, Ş.Mişelin vasitəçilik missiyasına, Aİ-nin C.Qafqazda apardığı diplomatik səylərə ziyan vurduğu ortaya çıxdı və onu şəxsən Ş.Mişel və bütövlükdə Aİ ilə üz-üzə qoydu;

3. Astana bəyanatı Fransanın danışıq masasından kənarlaşması Fransanın daxili siyasi müstəvisində uğursuz xarici siyasətə görə E.Makronun mövqeyini zəiflədəcək.

4. Preziden İlham Əliyev bəyanatında Brüssel formatını təqdir etməklə, Aİ ilə əməkdaşlıqda maraqlı olduğunu deməklə və nəhayət, Fransanın bundan əvvəlki prezidentləri ilə balanslı siyasət aparmağın mümkün olduğunu elan etməklə, Brüssel ilə dialoq, Fransanın başqa siyasi dairələri ilə əməkdaşlıq müstəvisini qoruyub saxladı.

- Prezident İ.Əliyev Zəngəzur dəhlizinin iqtisadi və siyasi legitimliyini Asiya və Avropa müstəvilərində qəbul etdirib. İndi onun hüquqi müstəviyə transformasiyası gündəlikdədir.

visiontv.az